İDMAN


Yaponiya Olimpiya Komitəsinin baş katibi bu qurumun prezidentinin istefasına etiraz edib

Tokio, 19 fevral, AZƏRTAC 

Yaponiya Olimpiya Komitəsinin yüksək vəzifəli nümayəndəsi təşkilatın korrupsiyada ittiham olunan prezidenti Tsunekazu Takedanı müdafiə edib.

AZƏRTAC xəbər verir ki, NHK telekanalına müsahibə verən Yaponiya Olimpiya Komitəsinin baş katibi Eysuke Hiraoka qurumun 2020-ci ildə Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşdığı dövrdə T.Takedanın vəzifəsində qalmasının zəruriliyini bildirib.

E.Hiraoka hesab edir ki, 2020-ci il Oyunlarının Tokioda keçirilməsi üçün müraciət zamanı bütün prosedurlara əməl etməsinə baxmayaraq, T.Takeda şəxsi ədavətin qurbanı olub. O, T.Takedanı istefa verməyə çağıranların üstünlük təşkil etmədiyini bildirib. E.Hiraoka qeyd edib ki, insanların böyük əksəriyyəti Olimpiadanın məhz T.Takedanın rəhbərliyi altında keçirilməsinin vacibliyini bildirirlər.

Baş katibin bu bəyanatı iyunda Yaponiya Olimpiya Komitəsinin yeni prezidenti vəzifəsinə keçiriləcək seçkilər ərəfəsində səslənib. Yaponiya Olimpiya Komitəsinin prezidenti iki il müddətinə seçilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.