DÜNYA


Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

Tokio, 20 aprel, AZƏRTAC

Yaponiya hökuməti ABŞ-dan Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları zamanı ona məxsus aviabazadan istifadə üçün icazə verməsini xahiş edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ABŞ hərbçiləri Tokionun yaxınlığında yerləşən Yokota aviabazasında mülki reyslərin qəbulunun mümkünlüyünü araşdırırlar.

ABŞ hərbçilərinin bildirdiyinə görə, Yaponiya hökuməti Olimpiya və Paralimpiya Oyunları zamanı beynəlxalq reyslərin sayının artacağını nəzərə alaraq belə bir xahişlə müraciət edib.

Qeyd edək ki, Yaponiya və ABŞ Yokota aviabazasından həm hərbi, həm də mülki uçuşların həyata keçirilməsini artıq uzun müddətdir ki, müzakirə edirlər. Lakin həmin məsələdə hiss ediləcək irəliləyiş əldə edilməyib. ABŞ hərbçilərinin qənaətinə görə, belə birgə istifadə operativ hərbi hazırlığa məhdudiyyət yarada bilər.

Hazırda aviabazadan yalnız Olimpiya Oyunları zamanı istifadənin mümkünlüyü araşdırılır. Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının uğurlu təşkilini dəstəklədiklərini qeyd edən ABŞ silahlı qüvvələrinin zabiti, məsələ ilə bağlı qərarın tezliklə qəbul edilməsinə çalışdıqlarını bildirib.

Qeyd edək ki, Tokionun Tama rayonunda yerləşən Yokota aviabazası altı bələdiyyəni əhatə edir. Onun uçuş-enmə zolağının uzunluğu 3350 metr təşkil edir ki, bu da onu Yaponiyadakı ən uzun uçuş-enmə zolaqlarının siyahısına daxil edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.