DÜNYA


Yaponiya Özbəkistana 200 min doza “AstraZeneca” peyvəndi göndərib

Yaponiya Özbəkistana 200 min doza “AstraZeneca” peyvəndi göndərib

Daşkənd, 26 mart, AZƏRTAC

Yaponiya hökuməti UNICEF-in xətti ilə COVAX proqramı çərçivəsində Özbəkistana 200 min doza “AstraZeneca” peyvəndi göndərib.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkəyə 62 milyon dozaya yaxın peyvənd gətirilib. Bunun təxminən 50 milyon dozası istifadə olunub. Bu ilin ortalarına qədər UNICEF-in xətti ilə COVAX proqramı çərçivəsində ölkəyə daha 24,6 milyon doza vaksin gətirilməsi planlaşdırılır.

Hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Sputnik Layt”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə edilir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.