DÜNYA


Yaponiya Rohinca müsəlmanlarına yardım məqsədilə Banqladeşə tibb heyəti göndərib

Tokio, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də yapon həkimlərindən və tibb bacılarından ibarət qrup Myanmadan qaçmış Rohinca müsəlmanlarına tibbi yardım göstərmək üçün Banqladeşə göndərilib.

Yaponiya Qırmızı Xaç Cəmiyyətinin 10 tibb işçisi Tokionun “Haneda” beynəlxalq aeroportundan yola düşüb. Qrupun rəhbəri həkim Taro Kita bildirib ki, göstərəcəkləri yardımla qaçqın müsəlmanların əziyyətini azaldacaqlarına ümid edir.

BMT-nin məlumatına görə, baş verən qarşıdurma nəticəsində 420 mindən artıq Rohinca müsəlmanı Myanmanın qərbində yerləşən Rakhayn ştatından Banqladeşə qaçmağa məcbur olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.