DÜNYA


Yaponiya Rusiyanın enerji ehtiyatlarından asılılığı azaltmaq niyyətindədir

Yaponiya Rusiyanın enerji ehtiyatlarından asılılığı azaltmaq niyyətindədir

Tokio, 15 mart, AZƏRTAC

Yaponiya Rusiyanın təbii sıxılmış qaz da daxil olmaqla, enerji ehtiyatlarından asılılığı azaltmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 15-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda jurnalistlərə məlumat verib.

Nazir Yaponiyanın alternativ təbii sıxılmış qaz mənbələri axtarmaq barədə planını bildirib. Bununla yanaşı, K.Haqiuda Uzaq Şərqdə həyata keçirilən neft-qaz layihələrində Yaponiyanın iştirakı barədə suala cavab verməkdən yayınıb: “Biz bu layihələrə ölkənin enerji təhlükəsizliyini və ümumi enerji təminatını nəzərə alaraq yenidən baxacağıq”, - deyə nazir qeyd edib. K.Haqiuda bildirib ki, neft-qaz ehtiyatlarının ixracından asılılığı azaltmaq üçün ölkə daxilində bərpa olunan enerji mənbələrini və atom energetikasını inkişaf etdirmək lazımdır.

Qeyd edək ki, Yaponiya Rusiyadan istifadə etdiyi təbii sıxılmış qazın yalnız 10 faizə qədərini alır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.