DÜNYA


Yaponiya “Saxalin-2” layihəsindəki payını saxlamaq niyyəti barədə ABŞ-ı məlumatlandırıb

Tokio, 30 iyul, AZƏRTAC

Yaponiya Rusiyanın “Saxalin-2” layihəsindəki payını saxlamaq niyyəti barədə ABŞ-ı məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Vaşinqtonda Yaponiya və ABŞ-ın xarici işlər və iqtisadiyyat nazirlərinin “2+2” formatında keçirilən görüşündən danışarkən jurnalistlərə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda bildirib.

“Biz ABŞ tərəfinə izah etdik ki, bu məsələdə status-kvonu saxlamaq niyyətindəyik. Düşünürəm ki, onlar bizim mövqeyimizi başa düşdülər”, - deyə nazir qeyd edib.

Yaponiyaya bu layihədən çıxmaq barədə çağırışların olduğunu təsdiq edən nazir, bu ölkənin şirkətlərinin “Saxalin-2” layihəsindən çıxacağı təqdirdə onların yerini başqa şirkətlərin tutacağını və bunun da Rusiyanın gəlirlərini artıracağını bildirib.

Xatırladaq ki, həmin layihədə nəzarət paketi 50 faiz üstəgəl bir səhmə malik olan “Qazprom” şirkətinə məxsusdur.

“Shell” şirkəti bu layihədə 25 faiz, Yaponiyanın “Mitsui” şirkəti 12,5 faiz, “Mitsubishi” şirkəti isə 10 faiz paya malikdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.