DÜNYA


Yaponiya Sikkəxanası Reiva dövrünün ilk sikkələrinin kəsilməsinə başlayıb

Tokio, 13 iyul, AZƏRTAC

Yaponiya Sikkəxanası yeni Reiva dövrünün ilk sikkələrinin kəsilməsinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Osaka şəhərində yerləşən Sikkəxananın mənzil-qərargahında təntənəli mərasim keçirilib.

Mərasimdə Yaponiya Baş Nazirinin müavini, Maliyyə naziri Taro Aso və İmperator dəftərxanasının yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.

“Reiva bir” adlı 500 yenlik və 100 yenlik sikkələri kəsəcək dəzgahın işə salınması alqışlarla qarşılanıb.

Yeni kəsiləcək sikkələr cari ayın sonlarında Yaponiya bankına göndəriləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.