DÜNYA


Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları daha iki il müddətinə uzadıb

Tokio, 9 aprel, AZƏRTAC 

Yaponiya hökuməti Şimali Koreyaya qarşı ticari qadağaları və digər sanksiyaları daha iki il müddətinə uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Yaponiya Nazirlər Kabinetinin aprelin 9-da keçirilən iclası zamanı qəbul edilib.

Xatırladaq ki, Yaponiyanın Şimala Koreyaya qarşı tətbiq etdiyi ticari qadağaların, o cümlədən Şimali Koreya gəmilərinin, həmçinin bu ölkə limanlarından gələn xarici gəmilərin yapon limanlarına daxil olması barədə qadağanın müddəti aprelin 13-də başa çatır.

Bu tədbirlər Yaponiyanın Şimali Koreyanın həyata keçirdiyi nüvə sınaqları və ballistik raketlərin buraxılışı ilə əlaqədar 2006-cı ildə tətbiq etdiyi birtərəfli sanksiyaların tərkib hissəsidir.

Yaponiya hökuməti ABŞ və Cənubi Koreya ilə əməkdaşlıq şəraitində sanksiyaları davam etdirməyi planlaşdırır.

Cari ilin fevralında keçirilən ABŞ-Şimali Koreya sammitinin razılıq əldə edilmədən başa çatmasından sonra Pxenyanın nüvə silahlarının ləğvinə inam perspektivləri son aylar qismən zəifləyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.