İDMAN


Yaponiya Tokio Olimpiadası iştirakçılarının ölkəyə giriş prosedurunu asanlaşdırmağı planlaşdırır

Bakı, 14 iyul, AZƏRTAC

Yaponiya hökuməti gələn il Tokio Olimpiadasında iştirak edəcək idmançıların ölkəyə giriş prosedurunu asanlaşdırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 14-də Tokio Olimpiya və Paralimpiya oyunlarının təşkilinə məsul nazir Seyko Haşimoto jurnalistlər üçün brifinqdə məlumat verib.

Kyodo xəbər agentliyinin verdiyi məlumata görə, təşkilatçılar gələn il Oyunların keçirildiyi vaxta qədər pandemiyanın davam edə biləcəyini nəzərə alıb müəyyən çətinliklərin olacağını güman edirlər. Hətta epidemioloji vəziyyət Yaponiya tərəfinin proqnozlarına cavab verməsə belə, ölkə rəhbərliyi xarici idmançıları qəbul etməyi planlaşdırır.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus infeksiyası səbəbindən Olimpiya Oyunlarının gələn il iyulun 23-dən avqustun 8-dək keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.