DÜNYA


Yaponiya Tokio Olimpiadası zamanı yay vaxtını iki saat irəli çəkə bilər

Tokio, 8 avqust, AZƏRTAC

Yaponiya hökuməti Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı yay vaxtına keçmək barədə imkanları araşdırır.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Oyunlar zamanı yay vaxtının iki saat irəli çəkilməsi nəzərdə tutulur. Hakimiyyət orqanları bununla Tokiodakı istilərin açıq havada çıxış edəcək idmançılar üçün yarada biləcəyi ciddi problemlərin qarşısını almağa çalışır.

Məlumatda qeyd edilir ki, bu barədə hələlik yekun qərar qəbul edilməyib. Belə ki, hakim Liberal Demokratik Partiyanın və hökumətin bəzi üzvləri bunun iqtisadi və sosial baxımdan problemlər yarada biləcəyini söyləyirlər.

Xatırladaq ki, Yaponiya 60 il bundan əvvəl yay vaxtına keçiddən imtina edib. Lakin cari ildə paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın bütün ərazisində anomal istilər qeydə alınıb. May ayından başlayaraq bütün ölkə ərazisində 70 mindən çox insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlarla həlak olan var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.