İDMAN


Yaponiya-Xorvatiya: Start heyətlər açıqlanıb

Yaponiya-Xorvatiya: Start heyətlər açıqlanıb

Bakı, 5 dekabr, AZƏRTAC

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsi çərçivəsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Yaponiya millisinin start heyətində Şuiçi Qonda, Yuto Naqatomo, Maya Yoşida, Daiçi Kamada, Takehiro Tomiyasu, Syoqo Taniquti, Vataru Endo, Hidamesa Morita, Ritsu Doan, Dzünyo İto və Daydzen Maeda yer alıblar.

Xorvatiya yığmasının heyətində meydana Dominik Livakoviç, Yosip Yuranoviç, Borna Barişiç, Deyan Lovren, Yosko Qvardiol, Marselo Brozoviç, Luka Modriç, Mateo Kovaçiç, İvan Perişiç, Andrey Kramariç və Bruno Petkovic çıxacaqlar.

ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.