DÜNYA


Yaponiya Yeni Zelandiyada törədilən terror aktını kəskin pisləyib

Tokio,16 mart, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe Yeni Zelandiyalı həmkarı Casinda Ardernə məktub göndərərək Christchurch şəhərində törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna daxil olan məlumata görə, məktubda Ş.Abe martın 15-də çoxlu sayda günahsız insanın öldürülməsini və yaralanmasını kəskin pislədiyini bildirib.

Məktubda Yaponiya hökuməti və xalqı adından başsağlığı verən Baş nazir hadisə nəticəsində həlak olanların və xəsarət alanların ailələrinə başsağlığı verərək, səbir diləyib. Vurğulayıb ki, heç bir halda terrorizm bəraət ala bilməz. Yapon xalqı Yeni Zelandiya xalqına həmrəylik bildirərək bu ağır günləri tezliklə arxada qoymağı arzulayır və dünya ictimaiyyətini terrorizmə qarşı barışmaz mübarizəyə çağırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.