DÜNYA
Yaponiya balıqçı gəmisinin saxlanmasına görə Rusiyaya etirazını bildirib
Tokio, 3 iyun, AZƏRTAC
Yaponiya Xarici İşlər Nazirliyi (XİN) balıqçı gəmisinin saxlanmasına görə Rusiya tərəfinə etirazını bildirib. Qeyd olunub ki, gəmi Yaponiyanın xüsusi iqtisadi zonasında saxlanılıb.
AZƏRTAC Yaponiya XİN-ə istinadla xəbər verir ki, bəyanatda balıqçı gəmisinin və heyətin tezliklə azad edilməsinə çağırış öz əksini tapıb.
Qeyd edilir ki, ötən cümə günü Rusiyanın Uzaq Şərq regionunda yerləşən Saxalin sərhəd dəstəsi “Eihomaru” balıqçı gəmisini bu ölkəyə məxsus iqtisadi zonada ov apardığına görə saxlayıb.
İyunun 2-də Yaponiya XİN məsələnin gəmi heyətinin və yerli balıqçılıq assosiasiyasının məlumatları əsasında araşdırıldığını, Rusiya tərəfinin bəyanatının qeyri-qanuni olduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]