DÜNYA


Yaponiya benzinin qiymətini sabit saxlamaq üçün subsidiya sisteminin tətbiqinə keçir

Tokio, 26 yanvar, AZƏRTAC

Yaponiya hökuməti benzinin və neftdən alınan digər yanacaq növlərinin qiymətini sabit saxlamaq üçün dövlət büdcəsindən subsidiya ayrılması sisteminin tətbiqinə keçmək barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarətə və sənaye naziri Koiçi Haqiuda Tokioda keçirilən mətbuat konfransı zamanı bəyan edib. Nazir bildirib ki, hazırda Yaponiyada daha çox istifadə edilən “reqular” markalı benzinin bir litrinin qiyməti 170 yeni (1,5 dollar) keçib. Bu, hökumətin müvafiq tədbirlər görməsi üçün mühüm böhran həddi hesab edilir.

Nazir əlavə edib ki, Yaponiyada benzinin qiymətinin sabit saxlanması üçün subsidiyalar ilk dəfə tətbiq olunur.

Subsidiyaların əsasən, benzin, dizel yanacağı, kerosin və mazutun satışı ilə məşğul olan şirkətlərə ayrılacağı qeyd edilir. Qərarın yanvarın 27-dən qüvvəyə minəcəyi bildirilir.

Qeyd edək ki, Yaponiyada benzinin bir litrinin qiyməti 2008-ci ilin sentyabrından bəri ilk dəfə 170 yen həddini keçib. Bunun Yaponiyaya bütünlüklə xaricdən gətirilən xam neftin qiymətinin artması ilə əlaqədar olduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.