DÜNYA


Yaponiya beynəlxalq energetika bazarında baş verənləri gərginliklə izləyir

Yaponiya beynəlxalq energetika bazarında baş verənləri gərginliklə izləyir

Tokio, 5 dekabr, AZƏRTAC

Yaponiya hökuməti beynəlxalq energetika bazarında baş verənləri böyük diqqət və gərginliklə izləyir.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno dekabrın 5-də Tokioda keçirilən mətbuat konfransında “OPEC+” sazişi ölkələrinin neft hasilatının ixtisarını saxlamaq barədə qərarını şərh edərkən bəyan edib. Baş katib bildirib ki, dünya bazarında neftin qiymətinin yüksək səviyyədə qalması riski mövcuddur.

“Dünən “OPEC+” sazişi ölkələrinin iclasında gündəlik neft hasilatının ixtisarını 2 milyon barel həddində saxlamaq barədə qərar qəbul edilib. Hökumət əvvəllər olduğu kimi, beynəlxalq energetika bazarında baş verənləri diqqətdə saxlayır və onun Yaponiya iqtisadiyyatına təsirini böyük gərginliklə izləyir. Bununla yanaşı, beynəlxalq energetika təşkilatları və əsas istehlakçı ölkələrlə birgə fəaliyyəti artırır. Həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə dialoqun əhəmiyyətini nəzərə alaraq, beynəlxalq xam neft bazarında hasilatı artırmaq və istehsal gücünə investisiyalar yönəltmək yolu ilə sabitliyin yaranmasına çalışır”, - deyə Baş katib bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.