İDMAN


Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib

Bakı, 25 may, AZƏRTAC

Yaponiya beysbol liqası iyunun 19-da milli çempionatı başlamağa qərar verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, çempionatın ilk oyunları koronavirusa yoluxma hallarının qarşısını almaq üçün boş tribunalarda keçiriləcək.

Xatırladaq ki, Yaponiya beysbol çempionatının martda başlaması planlaşdırılsa da, koronavirusla bağlı vəziyyətə görə qeyri-müəyyən vaxta təxirə salınmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.