DÜNYA


Yaponiya əhalisinin çoxu koronavirusa qarşı tədbirləri sərtləşdirmək üçün Konstitusiyaya dəyişiklikləri zəruri hesab edir

Tokio, 1 may, AZƏRTAC

Yaponiya əhalisinin yarıdan çoxu koronavirusa qarşı tədbirləri sərtləşdirmək üçün Konstitusiyaya dəyişiklikləri zəruri hesab edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyinin apardığı sosial sorğunun nəticələrinə əsasən bildirilir.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 57 faizi hökumətin səlahiyyətlərinin genişləndirilməsinin və hüquqların məhdudlaşdırılmasının zəruriliyini qeyd edir. Bildirilir ki, ilk növbədə, bu, hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminə şamil edilməlidir. Çünki hazırkı formasında o, heç bir səmərə vermir.

Bununla yanaşı, respondentlərin 42 faizi Konstitusiyaya dəyişikliklərə və hüquqların məhdudlaşdırılmasına ehtiyac olmadığını bildirib.

Qeyd edilir ki, agentlik tərəfindən sorğu poçt vasitəsilə mart və aprel aylarında keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 1600 nəfər iştirak edib.

Xatırladaq ki, Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 25-dən mayın 11-dək Tokioda və Osaka, Kioto və Hyoqo prefekturalarında üçüncü dəfə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların sayı 600 mini ötüb, onlardan 10 mindən çoxunun həyatını itirdiyi qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.