DÜNYA


Yaponiya gələn il uçan avtomobillərin sınaqlarına başlayacaq

Tokio, 17 noyabr, AZƏRTAC 

Yaponiya hökuməti gələn il pilotsuz avtomobillərin sınaqlarının keçirilməsinə icazə verməyi planlaşdırır. Məqsəd 2020-ci ildə həmin avtomobillərin istifadəsinə başlamaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiya Sənaye və Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb.

Uçan avtomobillər elektrik enerjisi ilə çalışan və əsasən pilotsuz uçan aparatlar texnologiyasına aid qurğulardır. Dünyanın bir çox şirkətləri avtomobil tıxaclarını aradan qaldırmaq və daha yaxşı logistika xidməti göstərmək məqsədilə bu cür texnikanın hazırlanması üzərində çalışır.

Yaponiya Sənaye və Nəqliyyat Nazirliyi ölkədə həmin texnologiyanın tətbiqi məqsədilə yol xəritəsi üçün ilkin planı dərc edib.

Nazirlikdən bildiriblər ki, uçan avtomobillərin sınaqlarının keçirilməsi üçün Tokio, Osaka şəhərlərinin, habelə Mie və Fukuşima prefekturalarının namizədliyi irəli sürülüb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.