DÜNYA


Yaponiya gen terapiyası üçün preparatdan istifadəyə razılıq verib

Tokio, 21 fevral, AZƏRTAC

Yaponiyada gen terapiyasında ilk dəfə istifadə ediləcək dərmana razılıq verilib. AZƏRTAC Yaponiya KİV-inə istinadla xəbər verir ki, bu barədə qərar hökumət yanında ekspertlər komissiyası tərəfindən qəbul edilib.

Bildirilir ki, “AnGes” şirkəti “Collategene” adlı preparatın qeydiyyata alınması üçün müraciət edib. Bu dərmanın ayağın toxumalarının məhvinə səbəb olan qanın zəif dövranını tənzimləmək məqsədilə tətbiq ediləcəyi bildirilir.

Qeyd edək ki, son zamanlar gen terapiyası yeni nəsildə təkrarlanan irsi xəstəliklərin müalicəsində geniş tətbiq edilməyə başlayıb. Eyni zamanda, gen terapiyasından indiyədək müalicəsi və simptomların aradan qaldırılması üçün dərmanın tapılmadığı xəstəliklərdə də istifadə edilir. Belə preparatlar ABŞ-da və digər ölkələrdə tətbiq olunur.

“Collategene” preparatının tərkibində damarları yaradan və zədələnmiş ətraflarda qanın dövranını tənzimləyən genlər var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.