DÜNYA


Yaponiya hökuməti ABŞ ilə Çin arasında ticari barışığı yüksək qiymətləndirir

Tokio, 3 dekabr, AZƏRTAC 

Yaponiya hökuməti ABŞ ilə Çin arasında ticari müharibənin barışıqla nəticələnməsini dünyanın iki böyük iqtisadiyyatı arasındakı konstruktiv razılaşma kimi yüksək qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa dekabrın 3-də keçirilən ənənəvi mətbuat konfransında bəyan edib.

“ABŞ ilə Çin müsbət və konstruktiv məsləhətləşmələr aparıblar. Biz bunu yüksək qiymətləndiririk. Dünya iqtisadiyyatında ümumi daxili məhsulun səviyyəsinə görə birinci və ikinci yerləri tutan bu iki nəhəng dövlət konstruktiv şəkildə fikir mübadiləsi apardılar və bu, Yaponiya da daxil olmaqla, bütün dünya üçün mühüm əhəmiyyətə malikdir”, - deyə baş katib vurğulayıb.

Xatırladaq ki, ötən istirahət günlərində ABŞ Prezidenti Donald Tramp və Çinin sədri Si Cinpin Argentinada keçirilən G20 sammiti çərçivəsində iki ölkə arasında 90 gün ərzində yeni ticari razılaşmanın imzalanması üçün səylərin artırılması barədə razılığa gəliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.