DÜNYA
Yaponiya hökuməti “Fukusima-1” AES ətrafında təxliyə tədbirlərini sadələşdirib
Tokio, 8 mart, AZƏRTAC
Martın 8-də Yaponiya hökuməti dezinfeksiya işləri nəticəsində radiasiyanın səviyyəsi aşağı düşdüyünə görə “Fukusima-1” AES-in yerləşdiyi Okuma şəhərində tətbiq olunan təxliyə tədbirlərini sadələşdirib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bundan sonra sakinlər təqribən 320 hektar əraziyə daxil ola və oranı tərk edə bilərlər. Lakin təxliyə barədə qərar hələ qüvvədə olduğuna görə, sakinlər burada yaşaya və gecələyə bilməzlər.
Ərazini yoldan ayıran qapılar səhər saat 9-da açıldıqdan sonra yerli sakinlərin avtomobillərdə şəhərə daxil olduğu müşahidə edilib. Əraziyə daxil olma barədə qadağa işarəsi də qapının qarşısından götürülüb.
Bildirilir ki, şəhərə sakinlərin gəlişinə və onların burada gecələməsinə payızda icazə verilməsi nəzərdə tutulur. Həmin vaxtadək buradakı evlərin və infrastrukturun bərpa olunması planlaşdırılır.
Qeyd edilir ki, 2011-ci ilin martında “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra şəhər əhalisi ərazidən təxliyə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]