DÜNYA
Yaponiya hökuməti “Fukusima-1” AES-in sökülməsinin əsas mərhələsini təxirə salıb
Tokio, 26 sentyabr, AZƏRTAC
Yaponiya hökuməti “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) sökülməsinin əsas mərhələsini üç il müddətinə təxirə salıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə qərar hökumətin sentyabrın 26-da keçirilən iclasında qəbul edilib. Sökülmə barədə qərar son iki ildə ilk dəfə olaraq rəsmi surətdə təsdiqini tapıb.
Yeni plana əsasən, AES-in 1 və 2 nömrəli reaktorlarındakı hovuzlarda saxlanılan istifadə edilmiş nüvə yanacağı millərinin çıxarılmasına əvvəlcə nəzərdə tutulduğundan üç il sonra, yəni 2023-cü ildə başlanacaq. Üç nömrəli reaktorun hovuzundakı millərin çıxarılmasına isə plana əsasən 2018-ci maliyyə ilinin ortalarında start veriləcək.
Yeni planda AES-in tam sökülməsinin 2041-2051-ci illər arasında, yəni qəzadan 30-40 il sonra yekunlaşması ümumi vəzifə kimi irəli sürülüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]