DÜNYA


Yaponiya hökuməti G20 sammiti çərçivəsində sahə nazirlərinin görüşlərinin tarixlərini açıqlayıb

Tokio, 22 may, AZƏRTAC

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko 2019-cu ildə Osakada keçiriləcək G20 sammiti çərçivəsində sahə nazirlərinin görüşlərinin tarixini və yerini açıqlayıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə mayın 22-də məlumat verən H.Sekonun sözlərinə görə, ticarət və rəqəmsal iqtisadiyyat nazirləri iyunun 8-9-da İbaraki prefekturasının Tsukuba şəhərində görüşəcəklər.

Ətraf mühit və dayanıqlı inkişaf üçün dəyişən enerji məsələlərinə cavabdeh olan nazirlərin görüşü isə iyunun 15-16-da Naqano prefekturasının Karuizava şəhərində baş tutacaq.

H.Seko əlavə edib ki, bu görüşlərin yüksək səviyyədə keçməsi üçün lazım olan bütün tədbirlər görüləcək. Bu məqsədlə yerli hakimiyyət orqanları, maraqlı nazirliklər və idarələrlə sıx əməkdaşlıq əlaqələri qurulacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.