DÜNYA


Yaponiya hökuməti Kitakyuşuda kütləvi koronavirus yoluxmasından sonra vətəndaşları ehtiyatlı olmağa çağırır

Tokio, 1 iyun, AZƏRTAC

Yaponiya hökuməti Kitakyuşu şəhərində kütləvi koronavirus yoluxmasından sonra vətəndaşları ehtiyatlı olmağa çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyada koronavirusla mübarizəyə cavabdeh olan İqtisadiyyatın Bərpası naziri Nişimura Rasutoşi bəyan edib. Nazir bildirib ki, virusun yoluxması ilə bağlı ilkin mənbələr aşkar olunduğuna görə hökumət təkrar fövqəladə vəziyyət rejimi tətbiq etmək niyyətində deyil.

Bununla yanaşı, nazir qeyd edib ki, hakimiyyət orqanları virusa yoluxanların sayı kəskin artdığına görə vəziyyətin böhran həddinə çatdığını etiraf edir.

Hökumətdəki digər mənbələrin bildirdiyinə görə, koronavirus yoluxmasının digər rayonlarda da artma ehtimalı böyükdür. Buna görə də onlar sakinlərdən ehtiyatlı olmağı, sosial məsafəni gözləməyi və tibbi maskalardan istifadəni davam etdirməyi xahiş edirlər.

Eyni zamanda, qonşuluqda yerləşən Fukuoka və Yamaquçi prefekturalarının sakinlərindən Kitakyuşuya səfərləri təxirə salmaları da xahiş olunur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.