DÜNYA


Yaponiya hökuməti Rusiyanı Cənubi Kuril adalarını hərbi təlimlərin keçiriləcəyi zonadan çıxarmağa çağırıb

Tokio, 29 iyul, AZƏRTAC

Yaponiya hökuməti Rusiyanı Cənubi Kuril adalarını hərbi təlimlərin keçiriləcəyi zonadan çıxarmağa çağırıb. Bu barədə müvafiq təqdimat diplomatik kanallar vasitəsilə Moskvaya çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Yosihiko İsozaki mətbuat konfransı zamanı məlumat verib.

“İyulun 27-də biz diplomatik kanallar vasitəsilə Rusiyaya şimal ərazilərində keçiriləcək hərbi təlimlərin ərazi məsələsi ilə bağlı Yaponiyanın mövqeyinə qarşı olması barədə təqdimat göndərmişik”, - deyə baş katibin müavini bildirib. Əlavə edib ki, Yaponiya hökuməti Cənubi Kuril adalarını hərbi təlimlər zonasından çıxarmağa çağırıb.

Y.İsozaki qeyd edib ki, Tokio Ukrayna ətrafında yaranmış vəziyyətdən sonra Rusiya hərbçilərinin regionda fəallaşmasından narahatdır.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.