DÜNYA
Yaponiya hökuməti Tokio da daxil olmaqla 13 prefekturada koronavirusa qarşı tədbirləri gücləndirəcək
Tokio, 19 yanvar, AZƏRTAC
Yaponiya hökuməti paytaxt Tokio da daxil olmaqla 13 prefekturada koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə fövqəladə vəziyyət rejimi elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar yanvarın 18-də 2021-ci ilin avqustundan bəri ilk dəfə ölkə üzrə gündəlik yoluxma sayı 30 mini keçdikdən sonra qəbul edilib.
Baş nazir Fumio Kişida və kabinetin əlaqədar nazirləri Tokio da daxil olmaqla 13 prefekturada yanvarın 21-dən fevralın 13-dək fövqəladə vəziyyət rejiminin tətbiqi barədə vahid rəyə gəliblər.
Nazirlər Kabinetinin məsələnin müzakirəsinə həsr olunan iclasından sonra jurnalistlərlə görüşən F.Kişida bildirib ki, hökumət yoluxmanın qarşısını almaq üçün qubernatorların fövqəladə vəziyyət rejiminin elan olunması barədə xahişini qəbul edib.
Baş nazir əlavə edib ki, hökumət sosial məhdudiyyətləri yumşaltmağı nəzərdə tutan peyvənd vurulması və mənfi test nəticələri barədə arayışların istifadəsi barədə proqramı müvəqqəti dayandırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio