DÜNYA


Yaponiya hökuməti Tokioda və daha üç prefekturada fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

Tokio, 6 mart, AZƏRTAC

Yaponiya hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə paytaxt Tokioda və qonşuluqda yerləşən Çiba, Saytama və Kanaqava prefekturalarında fövqəladə vəziyyət rejiminin tətbiqini daha iki həftə müddətinə uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa mətbuat konfransında bəyan edib.

“Biz fövqəladə vəziyyət rejiminin martın 21-dək uzadılması qərarına gəldik. Bu müddət yoluxmanın qarşısını almaq və vəziyyəti daha dəqiq qiymətləndirmək üçün zəruridir”, - deyə Y.Suqa bildirib.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi Yaponiyanın həmin prefekturalarında yanvarın 7-də tətbiq olunub. Onun müddəti martın 7-də başa çatmalı idi.

Y.Suqa deyib ki, regionda koronavirusa yoluxma ilə əlaqədar sutkalıq artım göstəricisi və xəstəxanalarda çarpayıların sayı kimi meyarlar yaxşılaşsa da, bu kifayətedici deyil.

Qeyd edək ki, Tokioda son sutkada koronavirusa 300-dən artıq yoluxma qeydə alınıb. Yoluxmanın sutkalıq göstəricisi azalsa da, bu, heç də arzu olunan səviyyədə deyil.

Əhalini əməkdaşlığa dəvət edən Baş nazir deyib: “Biz restoranların iş vaxtının qısaldılması və evdə məsafədən iş rejimi də daxil olmaqla tətbiq edilən tədbirləri qüvvədə saxlayacağıq. Yerli hakimiyyət orqanları ilə birlikdə bu cür tədbirlərin davam etdirilməsinə çalışacağıq”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.