DÜNYA
Yaponiya hökuməti avtomobil istehsalçılarını təhlükəsizliyi yüksəltməyə çağırıb
Tokio, 14 iyun, AZƏRTAC
Yaponiya hökuməti yaşlı sürücülər tərəfindən yol nəqliyyat hadisələrinin sayının artması ilə əlaqədar istehsalçı şirkətləri avtomobillərin təhlükəsizliyini yüksəltməyə çağırıb.
Hökumətin dərc etdiyi “Yol hərəkətinin təhlükəsizliyi barədə Ağ kitab”da qeyd edilir ki, son vaxtlar yaşı 75-dən yuxarı olan sürücülər tərəfindən ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin sayı artıb.
Hesabatda bildirilir ki, bu hadisələrin təqribən 30 faizi sürücülərin səhvən əyləc pedalı əvəzinə sürət pedalını basması səbəbindən baş verir.
Sənəd istehsalçı şirkətlərə avtomatik əyləc mexanizminin qurulması daxil olmaqla avtomobillərin təhlükəsizliyini yüksəltməyi və bununla da yaşlı insanlar tərəfindən qəzaların törədilməsinin qarşısını almağı tövsiyə edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]