DÜNYA


Yaponiya hökuməti beynəlxalq səfərlər üçün “peyvənd pasportu” tətbiq edəcək

Tokio, 29 aprel, AZƏRTAC

Yaponiya hökuməti COVID-19 virusuna qarşı peyvənd olunmuş şəxslərin beynəlxalq səfərlərini asanlaşdırmaq üçün “peyvənd pasportu” tətbiq etməyi planlaşdırır.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, həmin pasportun smartfon üçün əlavə şəklində olacağı bildirilir. Belə ki, həmin şəxslər QR kodunu aeroportda təyyarəyə minməzdən əvvəl və ya ölkəyə gəlmə ərəfəsində öz telefonlarına skan etməklə rahat səfər edə biləcəklər.

Bu layihəni irəli sürməklə Yaponiya hökuməti pandemiya dövründə demək olar ki, kəsilmiş işgüzar səfərləri bərpa etmək niyyətindədir.

Bu barədə parlamentin iclasında məlumat verən ölkə üzrə peyvəndləməyə cavabdeh nazir funksiyasını icra edən Taro Kono bildirib ki, bu layihə artıq digər ölkələr tərəfindən həyata keçirilir və Yaponiya da onu tətbiq etməlidir.

Həmçinin bildirilir ki, ölkənin nəhəng biznes lobbisi rolunu oynayan Keydanren təşkilatı da hökuməti Avropa İttifaqından nümunə götürərək iyunda “Rəqəmsal yaşıl buraxılış”ı tətbiq etməyə çağırıb. Bildirilir ki, peyvəndləmənin əks olunduğu həmin buraxılış yay tətili dövründə əcnəbilərin ölkəyə gəlməsinə şərait yaradacaq.

Məlumat üçün qeyd edək ki, hazırda Yaponiya yalnız öz vətəndaşlarının və rezidentlərin ölkəyə səfərlərinə icazə verir. Bununla yanaşı, həmin şəxslərdən son 72 saatda götürülmüş neqativ koronavirus testi təqdim etmələri tələb olunur.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada təqribən 2,3 milyon nəfər COVID-19 peyvəndinin azı bir dozasını qəbul edib və bunlar, əsasən, tibb işçiləridir. Ümumilikdə götürdükdə bu, Yaponiya əhalisinin cəmi 2 faizini təşkil edir. Yaponiya hökumətinin istifadə üçün bəyəndiyi yeganə “Pfizer”-“BioNTech” peyvəndinin hər iki dozası isə 1 milyona yaxın insana vurulub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.