DÜNYA


Yaponiya hökuməti əcnəbi turistlərin ölkəyə gəlişinə icazə verməyə çağırılıb

Tokio, 14 may, AZƏRTAC

Yaponiya turizm sənayesinin nümayəndələri Turizm Nazirliyini əcnəbi turistlərin bu ölkəyə gəlişinə tezliklə icazə verməyə çağırıblar.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar müraciət Yaponiyanın turizm naziri Sayto Tetsuoya göndərilib.

Qeyd edək ki, koronavirus pandemiyası hökuməti sərhədləri əcnəbi turistlər üçün bağlamağa məcbur edib.

Bildirilir ki, Turizm Nazirliyinə müraciət edən qrupa Yaponiya Turizm Agentləri Assosiasiyası, Yaponiya Mehmanxanalar Assosiasiyası, ölkənin böyük aviaşirkətləri və dəmir yolu şirkətləri daxildir.

Sənəddə qeyd edilir ki, hazırda Yaponiya turistlər üçün bağlı olan bir neçə ölkədən biridir. Əgər belə davam edərsə, əcnəbi turistlər Yaponiyanı cəlbedici ölkə kimi unutmağa başlayacaqlar. Onların ölkəyə gəlişinə icazə iqtisadiyyatın bərpasına böyük təsir göstərə bilər.

Qrupun üzvləri Yaponiyaya xaricdən gələnlərin sayına Daxili İşlər Nazirliyi tərəfindən qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına da çağırıblar.

Qeyd edək ki, Yaponiya hökuməti ölkədə və xaricdə koronavirusla bağlı vəziyyəti nəzərə alaraq, iyunun əvvəllərindən əcnəbi turistlərin ölkəyə mərhələlərlə gəlişinə başlamağı planlaşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.