DÜNYA


Yaponiya hökuməti fövqəladə vəziyyət rejiminin aradan qaldırılması məsələsini araşdırır

Tokio, 16 iyun, AZƏRTAC

Yaponiya hökuməti iyunun 17-də Tokioda və digər doqquz prefekturada koronavirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejimi barədə qərar qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, hökumət tərəfindən tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti iyunun 20-də başa çatır. Hakimiyyət orqanları epidemioloji vəziyyətin daha yaxşı olduğu prefekturalarda fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasını və koronavirusun yayılmasının qarşısını almaq üçün digər tədbirlərin tətbiqini nəzərdə tutur.

Yaponiyanın Baş naziri Yoşihide Suqa iyunun 16-da əlaqədar nazirliklərlə müzakirələr aparmağı, ertəsi gün isə mütəxəssislərlə hansı prefekturalarda bu keçidin həyata keçirilməsini məsləhətləşməyi planlaşdırır.

Bildirilir ki, hökumət avqustun sonlarınadək fövqəladə vəziyyətin davam edəcəyi prefekturalarda böyük kütləvi tədbirlərdə 5 minədək iştirakçı məhdudiyyətini və ciddi tədbirlərin davam etdirilməsini qüvvədə saxlamağı nəzərdə tutur.

Qeyd edilir ki, hökumət, həmçinin fövqəladə vəziyyət rejimi aradan qaldırıldıqdan sonra da böyük kütləvi tədbirlərdə tamaşaçıların sayını 10 minədək məhdudlaşdırmaq niyyətindədir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.