DÜNYA


Yaponiya hökuməti iqtisadiyyatın bərpasına təqribən 700 milyard dollar vəsait ayıracaq

Tokio, 18 noyabr, AZƏRTAC

Yaponiya hökuməti koronavirus pandemiyasının böyük zərbə vurduğu ölkə iqtisadiyyatının bərpası ilə bağlı nəzərdə tutulan yeni paketin həcmini 78,9 trilyon yenə qaldırmağı nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 18-də Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, bu məbləğin 55,7 trilyon yeni (488,2 milyard dollar) dövlət büdcəsindən ayrılacaq, 23,2 trilyon yeni (203,3 milyard dollar) isə özəl investisiyalar hesabına təmin ediləcək. Yeni paketin noyabrın 19-da təsdiq ediləcəyi gözlənilir. Vurğulanır ki, bu rəqəm mütəxəssislərin proqnozlarını təqribən iki dəfə üstələyir.

Yaponiya hökuməti bu vəsait hesabına əhaliyə və biznesə dəstək vermək niyyətindədir. Bu məqsədlə ilkin olaraq yaşı 18-ə çatmamış övladları olan ailələrə hər uşaq üçün 100 min yen (880 dollar) məbləğində yardım göstəriləcək.

Xatırladaq ki, ötən il bütün Yaponiya əhalisi və burada daimi yaşayanlar bir dəfəlik 100 min yen məbləğində yardım alıblar.

Əlavə olaraq qeyd edək ki, iqtisadiyyatın bərpası istiqamətində atılan addımlar oktyabrda Yaponiyanın yeni Baş naziri seçilən Fumio Kişidanın seçkiöncəsi platformasının əsas bəndlərindən birini təşkil edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.