DÜNYA


Yaponiya hökuməti onurğa sütununun iPS hüceyrələri vasitəsilə müalicəsinin kliniki sınaqlarına icazə verib

Tokio, 19 fevral, AZƏRTAC 

Yaponiya hökumət strukturları zədələnmiş onurğa beyninin induksiya plüripotent gövdə hüceyrələrinin (iPS hüceyrələri) köməyi ilə müalicəsinin kliniki sınaqlarını bəyənib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi fevralın 18-də Keyo Universitetinin tədqiqat qrupunun bu istiqamətdə sınaqlar aparmasına icazə verib. Qrupa universitetin professorları Hideyuki Okano və Masaya Nakamura rəhbərlik edirlər.

Qrupun üzvləri sınaqlar zamanı orqanizmin müxtəlif toxumalarına çevrilə bilən və yenidən proqramlaşdırma yolu ilə əldə edilən iPS hüceyrələrindən istifadə edəcəklər.

Sınaqların onurğa beyninin zədələnməsi nəticəsində ətrafların hərəkət qabiliyyətini itirən dörd xəstəyə təqribən 2 milyon iPS hüceyrənin köçürülməsi yolu ilə aparılacağı bildirilir.

Tədqiqatçılar köçürülən hüceyrələrin neyronlar səviyyəsində dəyişməsi nəticəsində ətrafların hərəkətini bərpa edəcəyini düşünürlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.