DÜNYA


Yaponiya hökuməti operatorlara 5G rabitə standartı üçün tezliklər ayırıb

Tokio, 12 aprel, AZƏRTAC

Yaponiyanın Ümummilli İşlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyi dörd şirkətə yüksəksürətli 5G rabitə standartı xidmətləri göstərmək üçün tezliklər ayırıb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, nazirlik “NTT Docomo”, “KDDI”, “Softbank” və bu sahədə yeni olan “Rakuten” şirkətlərinə tezliklərin ayrılmasını bəyənib.

“NTT Docomo”, “KDDI” və “Softbank”ın operatorları Yaponiyanın bir sıra regionlarında yeni şəbəkənin sınaqlarını bu ilin yayında və ya payızında keçirməyi planlaşdırırlar.

Bütün operatorlar smartfonlar üçün 5G rabitə xidmətlərini 2020-ci ildən təklif etməyi və gələcəkdə bu rabitə standartının bütün ölkədə tətbiqini nəzərdə tuturlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.