DÜNYA


Yaponiya hökuməti statistika da yol verilən səhvlərə görə büdcə layihəsinə yenidən baxır

Tokio, 19 yanvar, AZƏRTAC

Yaponiya Nazirlər Kabineti qeyri-adi addım ataraq, 2019-cu maliyyə ilində ölkə büdcəsi barədə qanun layihəsinə yenidən baxıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən büdcə layihəsinə yenidən baxılması barədə qərar Yaponiyada çox nadir təsadüf edilən hadisə hesab olunur. Həmin addımın atılması barədə qərar əməkhaqqı və iş saatları ilə bağlı statistikada yol verilmiş səhvlər məlum olduqdan sonra qəbul edilib.

Büdcə layihəsinin hazırkı variantı işsizlik və digər əmək ödənişləri ilə bağlı maddə üçün əlavə altı milyon dollar ödənilməsini nəzərdə tutur.

Hökumət bəyan edib ki, statistikada yol verilmiş səhvlərə görə təqribən 20 milyon nəfərin itkilərini bərpa etmək üçün xüsusi fonddan 720 milyon dollar vəsait ayıracaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.