DÜNYA


Yaponiya hökuməti taxt-tacın ötürülməsi ilə əlaqədar mərasimlərin bəzi detallarını təsdiq edib

Tokio, 18 yanvar, AZƏRTAC 

Yaponiya hökuməti cari ildə baş tutacaq taxt-tacın ötürülməsi ilə əlaqədar mərasimlərin bəzi detallarının təsdiqi barədə qərar qəbul edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, taxt-tacın ötürülməsinə cavabdeh olan hökumət komitəsi Konstitusiyada nəzərdə tutulduğu kimi, İmperatorun dövlətin rəmzi kimi həyata keçirməli olduğu aktları müzakirə edib.

Komitənin qərarına əsasən, taxt-tacdan imtina və ya Tayirey-Seydon-no-Qi mərasimi İmperator sarayının Matsu-no-Ma salonunda aprelin 30-da saat 17:00-da başlayacaq və 17:10-da başa çatacaq. Bu, Yaponiya Konstitusiyası tarixində ilk belə mərasim olacaq.

Yeni İmperatorun taxta çıxması ilə əlaqədar rəmzləri, o cümlədən dövlət və şəxsi möhürü qəbul edəcəyi mərasim və ya Kenzi-to-Syokey-no-Qi isə mayın 1-də səhər saat 10:30-da başlanacaq. Saat 11:10-da İmperatorun taxta çıxdıqdan sonra xalqın nümayəndələri ilə ilk audensiyası və ya Sokui-qo-Tyoken-no-Qi mərasimi keçiriləcək.

Oktyabrın 22-də yeni İmperatorun taxta çıxdığı Sokuirey-Seydon–no-Qi mərasimində Yaponiya xalqına elan ediləcək və bundan sonra Syukuqa-onretsu-no-Qi mərasimi keçiriləcək.

Təhlükəsizlik və xarici amillər nəzərə alınaraq, parad zamanı “Toyota Century” kabriolet avtomobilindən istifadə qərara alınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.