DÜNYA
Yaponiya hökuməti ürək xəstəliklərinin iPS hüceyrələr vasitəsilə müalicəsini bəyənib
Tokio, 17 may, AZƏRTAC
Yaponiya hökuməti yanında şura dünyada ilk dəfə olaraq, kardioloji xəstəliklər zamanı induksiya olunmuş pluripotent gövdə hüceyrələri (iPS-hüceyrələr) vasitəsilə müalicəni bəyənib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Osaka Universitetinin professoru Yoşiki Savanın rəhbərlik etdiyi qrup ürək əzələlərinin hüceyrə toxumalarını yaratmaq üçün insan orqanizminin müxtəlif toxumalarına çevrilə bilən iPS-hüceyrələrdən istifadə ediblər .
Qrup üzvləri həmin toxumaları ürək-damar xəstəliklərindən ciddi əziyyət çəkən xəstələrin ürəyinə yerləşdirməyi planlaşdırırlar.
Səhiyyə Nazirliyi yanında Şura bu layihəni həddindən artıq ağır vəziyyətdə olan xəsətələrə tətbiq etməyə razılıq verib. Lakin bu zaman müalicənin aparılması barədə sənəd xəstənin tamamilə anlaya biləcəyi formada tərtib edilməlidir.
Qrup üzvləri klinik tədqiqatlara prosedurun təhlükəsiz olduğunu tam dəqiqləşdirdikdən sonra, gələn ilin martında başlamağı planlaşdırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]