DÜNYA


Yaponiya hökumətində dəyişikliklər oktyabrın 2-də aparılacaq

Yaponiya hökumətində dəyişikliklər oktyabrın 2-də aparılacaq

Tokio, 28 sentyabr, AZƏRTAC 

Yaponiya hökumətində və hakim Liberal Demokratik Partiyanın (LDP) rəhbərliyində dəyişikliklər oktyabrın 2-də aparılacaq.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri şinzo Abe bəyan edib.

“Nazirlər Kabinetində dəyişikliklər oktyabrın 2-də aparılacaq. Mən bununla Heysey dövründən sonra növbəti tarixi mərhələdə Yaponiyanın yenidən qurulmasına start vermək niyyətindəyəm”, - deyə Baş nazir vurğulayıb.

Yaponiyada yeni tarixi mərhələ gələn il mayın 1-də, İmperator Akihito taxtdan imtina etdikdən sonra onun böyük oğlu Naruhitonun taxta çıxması ilə başlayacaq.

Ş.Abe həmçinin bəyan edib ki, dəyişikliklər zamanı Baş nazirin müavini, maliyyə naziri Taro Aso və Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa öz vəzifələrində qalacaqlar.

Kyodo agentliyinin yaydığı məlumata görə, yeni hökumətdə əvvəlki aparıcı nazirlərin də öz vəzifələrini saxlayacağı gözlənilir. Onların sırasında xarici işlər naziri Taro Kono, iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko və iqtisadi bərpa naziri Toşimitsu Moteqinin adları var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.