DÜNYA
Yaponiya hökumətinin nümayəndəsi Cənubi Koreya Prezidentinin tənqidini əsassız adlandırıb
Tokio, 16 iyul, AZƏRTAC
Yaponiya hökumətinin yüksək səviyyəli nümayəndəsi Cənubi Koreya Prezidentinin yüksək texnologiyalı məhsulların ixracına tətbiq etdiyi məhdudiyyətlərə görə Tokionu tənqid etməsini əsassız adlandırıb.
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Mun Çje İn Yaponiyanın tarixi problemləri iqtisadi məsələlərlə əlaqələndirməsini görünməmiş və ağılsız addım adlandırıb. O deyib ki, Tokionun bu hərəkəti ikitərəfli münasibətlərə mənfi təsir göstərir.
Mun Çje İn bununla, Cənubi Koreya vətəndaşlarının II Dünya müharibəsi zamanı məcburi əməyə cəlb edilmələri ilə bağlı problemə münasibət bildirib.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa deyib ki, Yaponiya öz ixrac siyasətinə milli təhlükəsizlik baxımından yenidən yanaşır və ixraca nəzarətin gücləndirilməsi müharibə vaxtı məcburi əməyə cəlb olunma ilə bağlı problemə cavab reaksiyası deyil.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]