DÜNYA
Yaponiya ilə Çin işgüzar səfərləri bərpa edir
Tokio, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-dan başlayaraq Yaponiya və Çin arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər yumşaldılır.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bundan sonra iş adamlarına həm qısa, həm də uzunmüddətli qarşılıqlı səfərlər üçün icazə veriləcək.
Əlavə edək ki, Yaponiya artıq Sinqapur, Koreya Respublikası və Vyetnam ilə də eyni addımı atıb.
Tokionun yaxınlığında yerləşən “Narita” aeroportunda Çindən gələnlərin sayının artacağı gözlənilir. Çin şəhərlərindən bu aeroporta həftədə 20 aviareys həyata keçirilir.
Aeroportda artıq qoruyucu və ya xüsusi geyimdə olan Çin vətəndaşlarının Tokioya gəldiyi qeydə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]