DÜNYA


Yaponiya ilə Türkiyə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Yaponiyanın Baş naziri Şinzo Abe Türkiyənin bu ölkədə səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Baş nazir Şinzo Abe əvvəlcə Suriyada İŞİD yaraqlıları tərəfindən girov götürülmüş yapon jurnalistin azad edilməsində göstərilən köməyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. Qeyd edib ki, Türkiyə Yaponiyanın ən vacib tərəfdaşlarından biridir və iki ölkə arasında əməkdaşlıq geniş diapazonda uğurla davam edir. Tərəflər arasında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi və qarşılıqlı yardım mövcuddur.

M.Çavuşoğlu öz növbəsində qeyd edib ki, yapon jurnalistin sağ-salamat vətəninə dönməsi Türkiyə tərəfini də sevindirir. Türkiyə ədalətli və neytral ölkə olaraq, Yaponiyanın Yaxın Şərqdəki diplomatik fəaliyyətində arzu edilən balansı yaratması üçün yardım etməkdən məmnundur.

Görüşdə ikitərəfli münasibətlər və regionda vəziyyətlə bağlı ətraflı müzakirələr aparılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.