DÜNYA


Yaponiya ilə Yeni Zelandiyanın Baş nazirləri azad və ədalətli iqtisadiyyat qaydalarını müzakirə ediblər

Tokio, 21 noyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Yoşihide Suqa Yeni zelandiyalı həmkarı Caşinda Ardern ilə azad və ədalətli iqtisadiyyat qaydalarının yaradılması üçün əməkdaşlıq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Yaponiya və Yeni Zelandiya liderlərinin arasında keçirilən telefon danışığı zamanı əldə edilib.

Ötən ay keçirilən parlament seçkilərində rəhbərlik etdiyi partiyanın parlaq qələbəsi münasibətilə C.Arderni təbrik edən Y.Suqa ona yenidən seçildiyi Baş nazir vəzifəsində uğurlar arzulayıb. Liderlər ölkələrinin Hind-Sakit okean regionunda mühüm strateji tərəfdaş olduğunu xüsusi qeyd ediblər. Vurğulayıblar ki, hər iki ölkə eyni dəyərləri bölüşür.

Telefon danışığı zamanı Y.Suqa ilə C.Ardern azad və ədalətli Hind-Sakit okean regionunun yaradılmasını, Dünya Ticarət Təşkilatında islahatların aparılmasını müzakirə ediblər.

İki ölkənin Baş nazirləri Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıqdan azad və ədalətli iqtisadi qaydaların genişlənməsi üçün istifadə etmək barədə razılığa gəliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.