DÜNYA


Yaponiya iqtisadiyyatı artmaqda davam edir

Tokio, 14 fevral, AZƏRTAC

Yaponiya iqtisadiyyatı səkkiz rübdür ki, fasiləsiz olaraq artmaqda davam edir.

AZƏRTAC Yaponiya Nazirlər Kabinetinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, ötən ilin oktyabr-dekabr ayları ərzində ÜDM-in real göstəricisi əvvəlki rüblə müqayisədə 0,1 faiz artıb. Yaponiya iqtisadiyyatının illik artımı isə ümumi göstəricidə 0,5 faiz təşkil edib.

Hesabat dövründə ixrac 2,4 faiz, ümumi kapitala qoyuluş isə 0,7 faiz artıb.

Həmin dövrdə istehlak məsrəflərinin səviyyəsi də 0,5 faiz yüksəlib ki, bu, son iki rübdə həmin göstəricinin ilk dəfə artdığını deməyə əsas verir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.