Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaponiya iş adamları Vətən müharibəsində Azərbaycanın Qələbəsini alqışlayıblar VİDEO

Tokio, 9 dekabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən Yaponiya şirkətlərinin nümayəndələri Vətən müharibəsində ölkəmizin qələbəsini alqışlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyində ölkəmizdə fəaliyyət göstərən yapon şirkətlərinin nümayəndələri ilə görüşdə bildirilib.

Əvvəlcə Vətən müharibəsi zamanı həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və mülki əhalini atəşə tutması barədə danışıb. Vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb, evlərə və digər mülki obyektlərə ciddi ziyan dəyib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücuma keçib. Altı həftə davam edən döyüşlər işğal altında olan ərazilərin böyük bir hissəsinin azad edilməsi ilə başa çatıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış razılaşma hazırda həyata keçirilməkdədir. Həmin sənədə əsasən, Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal olunmuş digər əraziləri də dekabrın 1-dək azad edilib. Oradan qovulmuş insanların öz evlərinə qayıdacağı bildirilib.

G.İsmayılzadə çıxışında Azərbaycan haqqında ümumi məlumat da verib, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın ilk addımlarından bəhs edib. Bildirib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtması, ölkəmizin dərin böhrandan çıxmasına, inkişaf yoluna qədəm qoymasına və güclü dövlətə çevrilməsinə zəmin yaradıb. Həmçinin səfir müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə davamlı sosial-iqtisadi islahatların həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışıb.

Qonaqlara ölkəmizdə açılmış yeni texnologiya və sənaye parkları, Yeni Bakı Limanı, Ələt İqtisadi Zonası barədə də məlumat verilib. Həmin obyektlərdə əlverişli biznes mühitinin və investisiya imkanlarının yaradılmasından bəhs olunub.

Çıxışının sonunda Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunun səfir qeyd edib ki, iki dost ölkə arasındakı əlaqələr ümumi maraqlar, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və iqtisadi əməkdaşlıq davamlı inkişaf edir. İki ölkə enerji sektoru da daxil olmaqla, digər sahələrdə iqtisadi əməkdaşlıq edir, ölkələrimiz arasında qarşılıqlı maraq kəsb edən və müxtəlif sahələri əhatə edən sıx əlaqələr mövcuddur.

Səfir nəzərə çatdırıb ki, azad edilmiş ərazilərdə iqtisadi inkişaf və yeni biznes mühiti üçün yaxşı imkanlar yaradılacaq və gələcəkdə bu sahədə də Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq.

Azərbaycanla əməkdaşlıq edən yaponiyalı iş adamları adından çıxış edən Taro Savada, ilk növbədə, Azərbaycan xalqını müharibənin Qələbə ilə sona çatması münasibətilə təbrik edib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verərək, yaralıların tezliklə sağalmasını arzuladığını bildirib. Qeyd edib ki, xüsusən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının ailələrinə yardım etmək məqsədilə tədbirdə iştirak edən iş adamları və ölkəmizə rəğbət bəsləyən yapon dostları ilə bərabər maliyyə vəsaiti toplayıb.

Noyabrın 24-də Azərbaycana səfər etdiyini bildirən T.Savada Gəncə şəhərinin atəşə tutulması nəticəsində zərər çəkmiş ailələrə 6 min ABŞ dolları məbləğində zəruri gündəlik mallar alaraq çatdırıb. Bundan əlavə, 600 min yapon yeni (5700 ABŞ dolları) məbləğində vəsaitin də çatdırılması ilə bağlı səfirlik tərəfindən ona istiqamət göstərilməsini xahiş edib. Həmin vəsait haqqında sertifikat səfir G.İsmayılzadəyə təqdim olunub.

Artıq bir neçə müddətdir ki, Azərbaycanda tütün biznesi ilə məşğul olduğunu xatırladan T.Savada Oğuz və Tovuz rayonlarında yaratdığı müəssisələrdə 300 nəfər Azərbaycan vətəndaşının işlə təmin edildiyini bildirib. Nəzərə çatdırıb ki, hazırda tədbirdə iştirak edən iş adamlarının əksər hissəsi Azərbaycana səfər edərək, ölkəmizdə orta və kiçik biznes sahəsində iş qururlar. Qeyd edib ki, tədbirdə, həmçinin Azərbaycana maraq göstərən və gələcəkdə bu və ya digər sahədə ölkəmizlə əməkdaşlıq yaratmaq niyyətində olan iş adamları da iştirak edirlər.

T.Savada müharibə zamanı Tovuz rayonu, həmçinin Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən digər şəhər və rayonlarının ermənilər tərəfindən raket atəşinə tutulması nəticəsində çoxsaylı dinc əhalinin həlak olduğunu və yaralandığını da xatırladıb. Bildirib ki, şəhidlərin ailələrinə və yaralanmış insanlara yardım etmək məqsədİlə vəsait toplanması böyük şərəfdir. T.Savada nitqini “Qarabağ Azərbaycandır!” sözləri ilə yekunlaşdırıb.

Səfir səmimi ürək sözlərinə, həmçinin təklif olunan yardım üçün yapon iş adamlarına təşəkkürünü bildirib. Döyüşlərdə yaralanmış əsgərlərə və şəhid ailələrinə yardımla bağlı vəsaitin, T.Savadanın Azərbaycana növbəti səfəri zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələr Fonduna köçürülməsini təklif edərək, bank rekvizitlərini ona təqdim edib.

Dekabrın 16-da Azərbaycana növbəti səfərə hazırlaşdığını qeyd edən T.Savada toplanmış vəsaitin həmin hesaba köçürələcəyini bildirib.

Tədbirdə iştirak edən məşhur kalliqrafiya ustası xanım Çoso Yabe Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib. Azərbaycanın ədalətli qələbəsinin şərəfinə qədim Yaponiya adət-ənənələrinə uyğun olaraq, xüsusi perqament kağızı üzərində iki hiroqlifdən ibarət “Shoori” - “Qələbə” sözünü çəkib və onu səfirliyə hədiyyə edib.

Onu da qeyd edək ki, qonaqların böyük əksəriyyəti tədbirə Yapon milli kimonosunda qatılıblar. Qədim adət-ənənələrə əsasən, bu cür geyim yalnız milli bayramlar və ya təntənəli tədbirlər zamanı istifadə edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Yaponiya iş adamları Vətən müharibəsində Azərbaycanın Qələbəsini alqışlayıblar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub