DÜNYA


Yaponiya istehsalı olan bir şüşə “Yamazaki” viskisi 299 min dollara satılıb

Tokio, 2 fevral, AZƏRTAC

Yaponiya istehsalı olan “Yamazaki 50 Years” maya viskisinin bir şüşəsi Honq-Konqdakı “Sotheby's” auksionunda 299 min dollara satılıb.

AZƏRTAC xəbər verir ki, bu, yapon istehsalı olan spirtli içkiyə indiyədək verilən ən yüksək qiymətdir.

“Yamazaki 50 Years” markalı viski 2011-ci ilin dekabrında cəmi 150 şüşə istehsal edilib. Həmin içki elit maya növündən hazırlanaraq 50 il yapon palıdından düzəldilən çəlləklərdə saxlanıb. 2011-ci ildə bu viskinin bir şüşəsi Yaponiyada təqribən 9500 dollara satılıb. Həmin şüşələr kolleksionerlər və həvəskarlar tərəfindən alınıb.

“Yamazaki 50 Years” viskisi Yaponiyanın tanınmış “Suntory Spirits” şirkəti tərəfindən buraxılan içki növlərindən biridir. Son illər bir çox müsabiqələrdə, o cümlədən Böyük Britaniyada təşkil edilən müsabiqələrdə qalib gəlmiş yapon viskisinə bütün dünyada maraq var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.