DÜNYA


Yaponiya koronavirusa qarşı mübarizədə BMT strukturları ilə əməkdaşlığı davam etdirəcək

Tokio, 22 may, AZƏRTAC

Yaponiya koronavirus pandemiyasına qarşı mübarizədə Beynəlxalq Millətlər Təşkilatının (BMT) strukturları ilə əməkdaşlığı davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Yaponiyanın Baş Naziri Şinzo Abe BMT-nin Baş katibi Antonio Quterreş ilə mayın 22-də baş tutan telefon danışığı zamanı söyləyib.

Koronavirus pandemiyasının yaratdığı qlobal böhran şəraitində BMT-nin səylərini yüksək qiymətləndirən Ş.Abe bildirib ki, Yaponiya bu qlobal bəla ilə mübarizədə təşkilatın strukturları ilə əməkdaşlığı daha sıx şəkildə davam etdirəcək.

Baş Nazir Yaponiyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

A.Quterreş Ş.Abeyə Yaponiya tərəfinin hərtərəfli dəstəyinə görə minnətdarlığını bildirib.

Ş.Abe, həmçinin insan təhlükəsizliyi və dayanıqlı inkişaf üzrə rəhbər prinsiplər çərçivəsində böhranın aradan qaldırılmasında Yaponiyanın liderliyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı tərəflər inkişaf etməkdə olan ölkələrdə səhiyyə sahəsində böhranın profilaktikası, həmçinin dünya iqtisadiyyatının böhrandan sonrakı bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.