DÜNYA


Yaponiya koronavirusa qarşı vaksinin hazırlanmasına 300 milyon dollar ayıracaq

Tokio, 4 iyun, AZƏRTAC

Yaponiya bütün dünya üzrə az təmin olunan əhali üçün vaksinin hazırlanması ilə məşğul olan beynəlxalq quruma 300 milyon dollar vəsait ayıracaq.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiya hökuməti bu addımı vaksinlərin hazırlanması ilə məşğul olan Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) koronavirusla mübarizəni gücləndirmək barədə çağırışına cavab olaraq atacaq.

Xatırladaq ki, Yaponiya hökuməti həmin təşkilata 100 milyon dollar ayırmağı öhdəsinə götürsə də, sonradan bu rəqəmi 200 milyon dollara qaldırmışdı.

Baş Nazir Şinzo Abenin bu barədə bu gün GAVI-nin təşkil etdiyi görüşdə videomüraciətlə çıxışı zamanı bildirəcəyi gözlənilir.

Bildirilir ki, hökumət təşkili gələn ilə dəyişdirilmiş “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının baş tutması üçün vaksinin hazırlanmasına və istifadəsinə çalışır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.