SİYASƏT


Yaponiya mətbuatı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısını geniş işıqlandırıb

Tokio, 30 iyun, AZƏRTAC

Yaponiya kütləvi-informasiya vasitələri (KİV) iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısını geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın nüfuzlu Kyodo, JIJI PRESS agentlikləri, NHK telekanalı, “ajmedia.jp”, “kagonma-info.com”, “news.ntv.co.jp” və “news.yahoo.co.jp” saytları Zirvə toplantısı barədə ətraflı məlumatlar yayıblar. Yapon və ingilis dilində yayılan məlumatlarda bildirilir ki, Xəzər dənizi ətrafında yerləşən Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan liderləri növbəti zirvə toplantısında regional məsələləri və beynəlxalq münasibətləri müzakirə ediblər. Dünyanın enerji böhranı ilə qarşılaşdığı bir məqamda böyük ehtiyatlara malik olan bu ölkələrin liderlərinin apardığı müzakirələrin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Məlumatlarda ətraf ölkələrin Xəzər dənizinin ehtiyatlarından səmərəli istifadə etmək üçün 2018-ci ildə öz aralarında müqavilə imzaladığı xüsusi qeyd edilib. Bu müqavilənin keçmiş Sovet İttifaqı dağıldıqdan sonra həmin ölkələr arasında dünyanın ən böyük gölünün statusunun müəyyənləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Zirvə toplantısının iştirakçıları tərəfindən birgə bəyanatın qəbul olunduğu qeyd edilib. Həmçinin dövlət başçılarının öz aralarında ikitərəfli müzakirələr apardığı da bildirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.