İDMAN


Yaponiya millisi Xorvatiyaya, Braziliya seçməsi Koreya Respublikasına qarşı

Yaponiya millisi Xorvatiyaya, Braziliya seçməsi Koreya Respublikasına qarşı

Bakı, 5 dekabr, AZƏRTAC

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsi çərçivəsində bu gün daha iki oyun keçiriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə Braziliya seçməsi Koreya Respublikası millisi ilə qarşılaşacaq. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.