DÜNYA
Yaponiya mübahisəli adalar ətrafında tədqiqatlara görə Cənubi Koreyaya etirazını bildirib
Tokio, 19 fevral, AZƏRTAC
Yaponiya hökuməti Yapon dənizindəki mübahisəli Takeşima adaları ətrafında dolanan tədqiqat gəmisinə görə Cənubi Koreyaya etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 19-da keçirilən ənənəvi mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib. Y.Suqa bildirib ki, həmin gəmi Yaponiyaya məxsus sulara daxil olub. “Biz fevralın 15-dən 18-dək Takeşima adaları rayonunda Cənubi Koreyaya məxsus gəminin ərazi sularımızda tədqiqat apardığını müşahidə etmişik. Bunun cavabında Yaponiya Sahil Mühafizəsi Xidməti gəmiyə bir neçə dəfə ərazini tərk etmək barədə xəbərdarlıq edib”, - deyə baş katib bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:42]
Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib
- 20.04.2024 [17:33]
Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
- 20.04.2024 [17:10]
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
- 20.04.2024 [16:58]
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib
- 20.04.2024 [16:55]
77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]